Dərc olunub: 13.05.2021
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun Ramazan bayramı münasibətilə təbriki:
“Hörmətli həmkarlar və tələbələr,
Bu il ölkəmiz və xalqımız üçün Ramazan bayramı bir başqa məna kəsb edir. Çünki 30 il düşmən tapdağı altında qalan müqəddəs dədə-baba torpaqlarımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən azad edilmişdir.
Hər il 8 may tarixini Şuşanın işğal günü kimi ürəyimizdə nisgillə xatırlayırdıq. Ancaq bu il Ramazan bayramı ilə həmin işğal günü təxminən eyni tarixləri əhatə edir. Ancaq bu il biz bu günləri üzülmürük, başı dik, qürurla Şuşamızda və digər azad edilmiş şəhərlərimizdə müqəddəs Ramazan bayramını qeyd edirik.
Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət və kədərli ailələrinə səbr, qazilərimizə şəfa, xalqımıza bol ruzi və bərəkət diləyirəm. Ramazan sülh, əmin amanlıq, sevinc bayramıdır. Ümid edirəm ki, sülh, əmin amanlıq və sevinc dolu günlər daim xalqımızla olacaq.
Sizi və doğmalarınızı müqəddəs Ramazan bayramı münasibətilə ən ülvi hislərimlə təbrik edirəm, uğurlar gətirməsini Uca Tanrıdan diləyirəm.”

Bənzər yazılar