Milli Məclisin 50 saylı Abşeron-Qobustan seçi dairəsi üzrə deputatı, Elm və təhsil komitəsinin üzvü, “Ali təhsil haqqında” Qanun layihəsini hazırlayan işçi qrupun üzvü Şahin Seyidzadə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” barədə fikirlərini bölüşüb.

“Bildiyiniz kimi Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 2021-ci il tarixli növbədənkənar plenar sessiyasında 19 fevral 2021-ci il tarixində Azərbayvan və Türkiyə arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” təsdiq olunub.

İmzalanan protokolun yaratdığı imkanlar çərçivəsində ən başlıca qeyd etmək istərdim ki, ölkəmizdə peşə təhsili alan tələbələr artıq həm Azərbaycan, həm də Türkiyə standartlarına uyğun diplom əldə edə biləcəklər. Yəni ölkəmizdə peşə təhsil müəssisəsinə qəbul olan şagirdlər müxtəlif istiqamətlər üzrə öz təhsilini yekunlaşdırdıqdan sonra artıq, həm Azərbaycanın həm də Türkiyənin standartları ilə tənzimlənən diplom əldə edəcək. Sözsüz ki, iki ölkənin təhsil təcrübəsi və standartları ilə qazanılan biliklər də öz növbəsində həmin məzunlara karyerda geniş imkanlar verəcək.” – deyə deputat bildirib.

Deputat Şahin Seyidzadə daha sonra qeyd edib ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Türkiyə Milli Təhsil Nazirliyi ilə birgə yaradılacaq və ikili diplom verilməsi nəzərdə tutulan, yeni yataqxananın inşa ediləcəyi iki təhsil müəssəsində informasiya texnologiyaları, qalma və səyahət xidmətləri, mebel və interyer dizayn, qida sahəsində tədris həyata keçiriləcək.”

“Azərbaycan və Türkiyə hökümətləri arasında əlaqələrin möhkəmlənməsi və proqressiv inkişafı çərçivəsində addımlar çərçivəsində imzalanan bu protokol,müasir tələblərə cavab verən kadrların hazırlığın istiqamətində qarşılıqlı inam və etimada əsaslanaraq geniş fəaliyyəti əhatə edəcək və ölkələmizdə peşə təhsilinin inkişafına xidmət edəcəkdir.” deputat sonda vurğulayıb.

Bənzər yazılar