Dünya şöhrətli Prezidentimizin daxili və xarici siyasəti müstəqil dövlətimizi dünya arenasının zirvəsinə qaldırmışdır. 44 günlük zəfər yürüşü, torpaqlarımızın işğaldan azad olunması, mənfur düşmənin kapitulyasiyaya uğraması Azərbaycan vətəndaşının başı uca, qürurlu olması kimi əlamətdar bir şans yaratmışdır. Hərbi qabiliyyətimiz, iqtisadi və sosial siyasətimiz xalqımızın dünya xalqları sırasında qürur və intellektual qabiliyyətə malik olmasını əsaslı surətdə bəyan etmişdir.
Azərbaycanda xalqların birliyi, xalqla iqtidar birliyi, multikultural dəyərlərin qorunub saxlanması və bu istiqamətdə prioritet fəaliyyətin həyata keçirilməsi dünya şöhrətli Prezident İlham Əliyevin güclü idarəetmə siyasətinin bariz nəticəsidir. Müstəqil Azərbaycan dövlətinin hərbi, iqtisadi, elm, təhsil və digər fəaliyyət sahəsindəki uğurları, dövlətimizin qabaqcıl təcrübəsi dünya ölkələri üçün dəyərli örnəkdir. Respublikamızda dövlət başçısının regionların iqtisadi və sosial həyatının innovasiyalarla təmin olunması məqsədilə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin tətbiqi istiqamətində apardığı işlər əhalinin sosial həyatının firavanlığı uğrunda atılan növbəti uğurlu addımlardır.
İşğaldan azad olunmuş ərazilərimizdə sosial layihələrin həyata keçirilməsi ərazilərimizin bərpası istiqamətində atılan addımlar artıq özünü biruzə verməkdədir.
Dövlətin yol tikintisinə, su xətlərinin çəkilməsinə, elektrik stansiyalarının tikintisinə ayırdığı maliyyə vəsaiti regionlarımızda firavan şərait yaradır.
Dünya şöhrətli Prezidentimiz İlham Əliyevin 44 günlük döyüş mərhələsində yüksək intellektual səviyyəsi ilə dünya informasiya vasitələrinin nümayəndələrini məntiqi faktlarla susdurması bizim eyni zamanda informasiya müharibəsində qalib gəlməyimizin baza prinsiplərinin mənbəyi hesab olunur. Bu gün qalibiyyətimiz, torpaqlarımızın azad olunması və ermənilərin dizüstə çöküb yalvarması dövlətimizin və Azərbaycan əsgərinin xalqımıza bəxş etdiyi ən zəngin mənəvi ruhdur. 30 il biz bu qürurlu hislərdən uzaq olmuşduq.
Bu gün çiçəklənən Azərbaycanın hər bir vətəndaşı dövlətimizin məğrurluğu ilə qürur duyur.
Dünya şöhrətli Prezident Cənab İlham Əliyevin əhalinin bütün təbəqələri üçün, onların sosial həyat tərzinin yaxşılaşdırılması sahəsində layihələr üçün ayırdığı davamlı maliyyə vəsaitləri hər bir kəsin gələcək yaşam tərzinin formalaşmasına stimul yaradır.
Azərbaycan Dövlətinin Multikultural siyasəti bu gün dünhya ölkələri üçün örnəkdir. Dövlətimizin dünya birliyinə nümayiş etdirdiyi və yol göstərdiyi multikultural siyasət Azərbaycanda digər xalqların firavan həyat tərzinin bariz nümunəsidir. Müasir dünyada siyasi və humanitar kataklizimlərin baş verdiyi bir şəraitdə multikultural ideyalara dəyər vermək ölkəmizin tolerant bir statusa malik olmasını bir daha sübut edir. Respublikamızda multikultural cəmiyyətin formalaşması və inkişaf prosesi tarixi inkişaf xüsusiyyətləri konkret cəmiyyət amilləri ilə müəyyən edilmişdir. Respublikamızda demokratik inkişaf meylləri multikultural cəmiyyətin formalaşmasında və inkişafı prosesində çox vacib rol oynamışdır. Dövlətimizin multikultural siyasəti elə bir cəmiyyətdə aparılır ki, o, mədəni və bəşəri prinsipləri qəbul edir və onun inkişafına şərait yaradır.
Bu gün xalq-iqtidar birliyinin mükəmməl formalaşması müstəqil dövlətimiz üçün möhkəm sütun yaratmışdır. Dövlət başçısının daxili və xarici siyasətində milli, ideoloji və bəşəri prinsiplərin özünə yer tutması Azərbaycan dövlətinin ideoloji və bəşəri mahiyyəti yüksəyə qaldırmışdır.
Dünya birliyi tərəfindən sayılan və seçilən qüdrətli dövlətimizin bu günü və sabahı uğrunda həyata keçirilən innovasiyalar dövlətimizin bir daha qürurlu və qüdrətli olmasına stimul verir.

ELÇİN ƏHMƏDOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri

Bənzər yazılar