Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizəsi qəbul edilmiş namizədlərin şəxsi səhifələrinə müsabiqənin keçiriləcəyi tarix və imtahan mərkəzi barədə məlumatlar göndərilib.

Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, növbəti tədris ili üçün keçiriləcək müsabiqədə 59 min 171 namizədin elektron ərizəsi qəbul edilib. Onlardan 18 nəfəri ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslərdir. Onlar qiymətləndirmə nəticələrinə uyğun olaraq müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər.

Müsabiqənin test imtahanı mərhələsində iştirak üçün 59 min 153 namizədə dəvət göndərilib. İmtahanda iştirak edəcək namizədlərin şəxsi səhifələrində qeyd olunan təlimatla tanış olmağı tövsiyə olunur.

Bənzər yazılar