Dərc olunub: 04.08.2021

Lənkəranda təhsil müəssisəsinin qəzalı vəziyyətdə olan transformatorun yaratdığı təhlükə aradan qaldırılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran şəhər 4 nömrəli tam orta məktəbin həyətində olan transformator məntəqəsi Lənkəran Elektrik Şəbəkəsi tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilib:

“Transformator məntəqəsinin ətrafı müvafiq qaydada çəpərləndi. Ətrafdakı alaq otları təmizlənib və rənglənmə işləri aparılıb. Onu da qeyd edək ki, Lənkəran rayonu ərazisində son bir neçə ay ərzində orta ümumtəhsil məktəblərinin ərazisində və təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən transformator məntəqələrində yenidənqurma işləri görülür”.

Xatırladaq ki, bir neçə gün əvvəl Oxu.Az Lənkəran şəhərində bir neçə təhsil müəssisəsində qoyulan transformatorların təhlükə saçdığı barədə məlumat vermişdi.

Bənzər yazılar