Dərc olunub: 07.08.2021

Tovuz rayon sakinləri məktəbin yararsız olmasından şikayətçidirlər.

Sakinlər bildirib ki, rayonun Düz Cırdaxan tam orta məktəb qəzalı vəziyyətdədir.

Valideynlər uşaqlarının yararsız vəziyyətdə olan məktəbdə dərs keçməsindən ciddi narahatlıq ifadə ediblər.

Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təhsil müəssisəsi ilə bağlı məsələyə növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində baxılması nəzərdə tutulur.

 

Bənzər yazılar