2021-2022-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulda Bakı Biznes və Kooperasiya Kollecinə ancaq ödənişli əsaslarla 14 ixtisas üzrə qəbul aparılıb.

Mektebgushesi.az  xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alıb. Bildirilib ki, kollecin boş qalan yerlərinə qəbulda ən yüksək keçid balı bank işi ixtisasına 116.6 olub. Ən aşağı keçid balı isə qida məhsullarının təhlükəsizliyi ixtisasına 101.4 olub.

Bənzər yazılar