18 Oktyabr 2021–ci il tarixində Lənkəran rayonu Boladı kənd 1 saylı tam orta məktəbində II Qarabağ şəhidi mayor Aqşin İbadovun anım günü keçirildi.

Kollecdən Mektebgushesi.az-a bildirilib ki, keçirilən tədbirdə Boladı kənd icra nümayəndəsi Nizami Hüseynov, Boladı kənd 1 saylı tam orta məktəbin direktoru Elman Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Şəhidin atası Nazim İbadov, Şəhidin qardaşı Emil İbadov, Lənkəran şəhər təhsil şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə, Boladı kənd 1 sayı tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edirdilər. Qonaqlar Şəhidin həyat və döyüş yolundan çıxışlar etdilər. Tədbirə məktəbin 8–ci sinif şagirdlərinin ifasında şəhid mayorun qələminin məhsulu olan şeirlər səsləndi. Sonda Aqşin İbadovun qanlı döyüş yolunun izlərini özündə əks etdirən hərbi geyim və əşyalarına baxış keçirildi və xatirə şəkli çəkildi.

Bu gün eyni zamanda müstəqilliyimizin bərpasının 30-cu ildönümdür. İnanırıq ki, vətənimiz Azərbaycan bundan sonra da sağlam ideoloji əsaslar üzərində inkişaf edərək qarşıya qoyulan hədəfləri inamla yerinə yetirəcək, müstəqilliyimiz əbədi, sarsılmaz və dönməz olacaqdır! Dövlətimizin əsas siyasi-ideoloji xəttini təşkil edən azərbaycançılıq ideologiyası istiqamətində görülən tədbirlərin nəticəsini müxtəlif hadisələrdə aydın şəkildə görmək olar. Buna parlaq nümunə kimi 2020-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün ərzində tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnən Vətən Müharibəsini göstərmək mümkündür. Vətən Müharibəsində ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələri ön cəbhədə, arxa cəbhədə və informasiya cəbhəsində Azərbaycanın haqq işi uğrunda aparılan müqəddəs savaşda sinələrini sipər etdilər, həm də müharibə dönəmində ölkəmizdə milli və dini zəmində narazılıq yaratmağa çalışan xaricdən idarə edilən qüvvələrə layiqli yerlərini göstərdilər. Bu baxımdan Vətən Müharibəsi həm də azərbaycançılıq ideologiyasının, multikultural dəyərlərin qələbəsi kimi qiymətləndirilir. Göründüyü kimi, artıq Azərbaycan cəmiyyətində yad-ideoloji qüvvələrə qarşı siyasi-ideoloji və mənəvi immunitet formalaşıb. Formalaşan ideoloji immuniteti qoruyub saxlamaq və daha da möhkəmləndirmək qarşımızda duran əsas vəzifəmizdir. Bu vəzifənin layiqincə yerinə yetirilməsi əsasən təhsil sahəsindən keçir. Məlumdur ki, ölkəmizdə dövlət təhsil sisteminin əsas məqsədi milli və ümumbəşəri dəyərlərə sahib şəxsiyyət hazırlamaqdır. Bu baxımdan formalaşmaqda olan yeniyetmə və gənclər arasında fəal təbliğat işi aparılmaqdadır. Xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemi və onun ayrılmaz və əsas tərkib hissəsi olan azərbaycançılıq ideologiyası aparılan təbliğatın əsasını təşkil edir. Bu gün müstəqilliyimizin bərpasının 30-cu ildönümdür. İnanırıq ki, vətənimiz Azərbaycan bundan sonra da sağlam ideoloji əsaslar üzərində inkişaf edərək qarşıya qoyulan hədəfləri inamla yerinə yetirəcək, müstəqilliyimiz əbədi, sarsılmaz və dönməz olacaqdır! Görünən odur ki, Mayor Aqşin İbadov Vətən müharibəsinə qatılaraq şəhidlik zirvəsinə yüksəlməyi seçdi. Yeri cənnət, ruhu şaddır! Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Bənzər yazılar