Bakı Biznes və Kooperasiya kollecində “Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib.

Mektebgushesi.az xəbər verir ki, bu barədə kollecin direktoru Fatimə Quliyeva özünün sosial şəbəkədəki hesabında bildirib:

Əsirlərdən bəri, Azərbaycan dövlətinin əldə etdiyi ilk zəfərin ilk qələbənin birinci il dönümünə həsr olunub. Bu gün biz 44 günlük müharibənin qələbə ilə yekunlaşmasının ilk ilini qeyd edirik. Bu zəfər bizə baş ucalığı gətirdi, qəlbimizi qurur hissi ilə doldurdu, ruhumuza sevinc bəxş etdi.

Yaşadığımız bu duyğulara görə biz şanlı ordumuzun başında duran Ali Baş komandanımıza və müzəffər Azərbaycan ordusuna borcluyuq. Bu müharibədə kollecimizin 8 tələbəsi şəhid oldu, onlar öz canları qanları bahasına bu gün bizim azad başıuça qalib xalq olaraq yaşamağımızı təmin etdilər.

Şəhid analarının atalarının qarşında baş əyirik, əllərindən öpürük. Ali Baş komandanın rəhbərliyi altında Azərbaycan əsgəri tarix yazdı. Tarixi günlər yaşadıq.

Tədbirdə kəşfiyyatçılar Füzuli, Qubadlı, Şuşanın azad olunması medalı ilə ölkə başcısı tərəfindən təltif olunmuş Elmar Allahverdiyev və əfsanəvi kəşfiyyatçı, düşmənin canlı kabusu Elnur Fərzəliyev xatirələrini iştirakşılarla bölüşdülər.

 

Bənzər yazılar