26.XI.2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “İİV, QİÇS-lə mübarizə üzrə Avropa həftəliyi və “1 Dekabr QİÇS-lə mübarizə günü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Səhiyyə Nazirliyi, Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi Telman Məhərrəmov, QİÇS-lə mübarizə mərkəzinin Şirvan Regional İİV-in diaqnostik laboratoriyasının müdiri həkim Elmira Qədirli və tibb isçisi Dilşad Babayeva, kollecin müəllimləri və tələbələri iştirak edirdi.

Öncə çıxış edən həkim Telman Məhərrəmov QİÇS xəstəliyi, yoluxma yolları ,Respublikamızda xəstəliyə yoluxanların vəziyyəti barədə ətraflı məlumat verdi.

XXI əsrin qlobal problemlərindən biri immun çatışmazlığıdır. QİÇS- Qazanılmış İmmun Çatışmazlığı Sindromu insanın İİV virusu ilə yoluxması nəticəsində əmələ gəlir. İİV virusu İnsanın xəstəliklərə qarşı müqavimətini təmin edən immun sistemini zədələyir.

Nəticədə İİV daşıyıcısı bir müddət xəstəliklərə qarşı çox həssas olur.

Müəyyən vaxtdan sonra virus insan orqanizminin müqavimətini tam məhv edir. Orqanizm hətta adi mikroorqanizmlər qarşısında aciz qalır. Ən adi bir xəstəlik böyük fəsadlara gətirib çıxararaq sonda ölümlə nəticələnir.

Yoluxmadan sonra 25 gün-6ay müddətində hətta testlər insanın İİV-ə yoluxduğunu aşkarlamır. Həkim Elmira Qədirli Şirvan şəhərində İİV- ə yoluxanların sayıı, xəstəliyin əlamətləri, müalicə yolları barədə çıxış etdi.Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova tələbələrə Hansı halda İİV-ə yoluxmaq olar?mövzusunda danışdı və bildirdi ki, eyni şpris və qeyri-steril tibbi alətlərdən istifadə olunduqda, qan köçürmə zamanı, tatuaj, pirsinq, manikür, pedikür zamanı, üzərində qan izləri olan özgə üzqırxandan və diş fırçasından istifadə olunduqda, anadan uşağa hamiləlik, doğuş və ana südü ilə qidalandırma zamanı və s. hallarda İİV -yoluxmaq olar.

Sonra həkimlər tələbələri maraqlandıran müxtəlif sualları cavablandırdılar .Maarifləndirici xarakter daşıyan tədbirin sonunda gənclərə QİÇS xəstəliyi haqqında bukletlər, broşürlər, tibbi maskalar paylanıldı, slaydlar nümayiş olundu və anonim, könüllü ekspress test üsulu ilə müayinələr aparıldı. Tədbir uğurla başa çatdı.

 

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Tərbiyə işləri üzrə direktor müavini,

Aidə Əsədova

Bənzər yazılar