Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Nizami Gəncəvi ili ilə əlaqədar “Qüvvət elmdədir !”adlı breyn -rinq intellektual bilik yarışması keçirilib.

3 dekabr 2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecində 2021-ci il Nizami Gəncəvi ili ilə əlaqədar “Qüvvət elmdədir!” adlı breyn-rinq intellektual bilik yarışması keçirildi. Yarışmada kollecin tələbələrindən ibarət 10 komanda iştirak edirdi. 3 mərhələdən ibarət olan yarışmada əvvəlcə Nizami Gəncəvinin “Sənsiz” romansı səsləndi. Tədbiri Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova açıq elan edərək Nizami Gəncəvi irsindən, 2021ci il Nizami ili çərçivəsində kollecdə həyata keçirilən tədbirlərdən danışdı.Bildirdi ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili”elan edilmişdir.Bu münasibətlə kollecdə müxtəlif tədbirlər, Nizami irsinə dair şeir, rəsm, videoçarx müsabiqələri keçirilmiş və nəticələri, kollecin sosial şəbəkələrində öz əksini tapmışdır.Aidə Əsədova Breyn -rinq intellektual bilik yarışmasının əhəmiyyətindən danışıb, tələbələrə uğurlar dilədi. Sualları 1-ci kurs tələbəsi Sərdar Səmədzadə səsləndirdi. Maraqlı keçən hər mərhələdən finala 3 komanda çıxdı. Dəniz komandası I yer; Günəş komandası II yer; Ulduz komandası III yer tutdular.

Cavabları IV kurs tələbələri Münəvvər Zeynallı, Fatimə Süleymanova, Asiman Cabbarova yoxlayırdılar. Münsiflər heyətində əyləşən direktor Filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov, Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova, Gülnarə İbrahimova, Yeganə Müslümova , Psixoloq Gülnar Abdullayeva yarışmanı maraqla izlədilər. Sonda qaliblərə fəxri fərmanlar verildi. Tələbələrdən Aynur, Cəlal,İqbal, Orxan,Əliheydər videoçarxlar nümayiş etdirdilər.

 

Bənzər yazılar