9.12.2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə Anım tədbiri

keçirildi.Tədbirdə Kollecin müəllimləri və tələbələri iştirak etdilər.İlk öncə kollecin kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.Akt zalında davam edən tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirildi. Kollecin direktoru Filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov çıxış edərək bildirdi ki,bu gün bu zalda öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Böyük Azərbaycanlı bir daha anılır,əziz xatirəsi yad edilir.Bir az öncə Ulu Öndər haqqında filmi maraqla izlədik .Dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin möhtəşəm obrazı gözlərimizin önündə canlandı.Nə qədər ki,Azərbaycan xalqı var, Müstəqil Azərbaycan dövləti var, onun Ulu Öndəri, Ümummilli lideri hər birimizin qəlbində daim yaşayacaqdır. Heydər Əliyev özü haqqında bütöv bir millətin minnətdarlıq və güvən duyğularını haqq etmiş böyük bir dahidir.Onun müasiri olmaq böyük xoşbəxtlikdir. Uca dağlar uzaqdan daha əzəmətli görünür,” -deyirlər.Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin ölkəmizin və xalqımızın taleyində oynadığı misilsiz rolun, yerinə yetirdiyi böyük işlərin, yaratdığı sabitliyin və əminamanlığın, iqtisadi strategiyanın, ideoloji təməlinin əhəmiyyəti də illər ötdükcə daha aydın görünür. Dahi insanlara xas olan bütün mənəvi keyfiyyətlər onun şəxsində qibtə ediləcək kamilliklə əks olunmuşdu: dəmir iradə və fitri idarəetmə istedadı, yaradıcılıq və quruculuq, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, fenomenal yaddaş və güclü məntiq, böyük vətənpərvərlik və yüksək humanizm, ən nəhayət dövlətçilik və Azərbaycançılıq.

Ulu Öndər Müstəqil Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək, xilaskarlıq və quruculuq mussiyasını böyük şərəflə yerinə yetirməklə xalqımızın ən görkəmli şəxsiyyəti olaraq tarixdə silinməz iz qoymuşdur.

1969- 1982- ci illərdə, Azərbaycana ilk dəfə rəhbərlik etdiyi zaman görülən işlər Azərbaycanı gələcək də siyasi müstəqilliyə aparan yolda mühüm rol oynamışdır.

Keçmiş Sovetlər birliyinin ali rəhbərliyində təmsil olunduğu dövrdə doğma Azərbaycanın tərəqqisi üçün səyini əsirgəməmiş, lazım gəldikdə xalqının gələcək taleyi və milli mənliyi ilə bağlı məsələlərdə qabiliyyət göstərərək, sərt bəyanatlarla çıxış etmiş, əsl vətənpərvərlik mövqeyi göstərmişdir.

Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə Müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu olaraq çağdaş olaraq tariximizdə şanslı səhifə yazmışdır.

Xalqın təkidli istəyinə səs verərək 1993- cü ilin 9 iyununda Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir təhlükə dən çəkinməyən, xalqın taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir.

Yenidən siyasi hakimiyyətə qayıdan ULU ÖNDƏRİN qarşısında ən müxtəlif çeşidli problemlər dururdu: siyasi, iqtisadi, geosiyasi, etnosiyasi və sairə.

Onları həll etmədən Azərbaycanın qazanmış olduğu kövrək müstəqilliyə dönməz və qəti xarakter vermək, dövlətçilik ənənələrini dirçəltmək, bütün cəmiyyət üçün qanunların prioritetləri təmin etmək, düzgün və balanslaşdırılmış xarici siyasi xətt yeritmək qeyri- mümkün idi.

Hərc- mərcliyin, özbaşınalığın hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ermənilər tərəfindən işğalın gündən- günə

genişləndirildiyi, bir çox xarici dövlətlərin Azərbaycanı suveren dövlət kimi görmək istəmədiyi, beynəlxalq aləmdə təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zaman kəsiyində dəyişərək normal məcrasına salmağ böyük siyasət və müdriklik tələb edirdi.

Bu qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas alınmasından xilas etdi.

Bəli,möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sözləri ilə desək: “Müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir!”Ulu Öndər Heydər Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı.Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin ən layiqli təmsilçisi onun övladı cənab İlham Əliyevdir.

Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaranan müsbət dəyişikliklər

Ulu Öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz.

Ulu Öndərin Anım gününə həsir olunmuş tədbirimizdə hörmətli Mehriban xanım Əliyevanın Ulu Öndər haqqında dediyi bu qiymətli sözləri bir daha xatırlatmaq istəyirəm:”Heydər Əliyev 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, şəxsiyyət, Lider olmuşdur”.

Sonra Kollecin müəllimi Gülnarə İbrahimova, tələbələrdən Nərmin Abdulova, Sərdar Səmədzadə maraqlı çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər birimizin qəlbində yaşayır.

Ruhun şad olsun, Ulu Öndər! Müstəqil Azərbaycan etibarlı əllərdədir.

 

Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova.

Bənzər yazılar