Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Mina təhlükəsizliyi “mövzusunda maarifləndirici tədbir keçirilib.

16 .XII.2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Mina təhlükəsizliyi, partlamamış hərbi sursatlar və ehtimal olunan digər xoşagəlməz hallar üzrə maarifləndirmə işləri və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib. Fövqaladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları Polkovnik Leytenant Rafiq Zeynalov, mayor Vüqar Miri, mayor Ənvər Zərbəliyev, kapitan Əhməd Əhmədovun iştirakı ilə keçirilən tədbirdə Kollecin müəllimləri və tələbələri iştirak etdilər.İlk öncə Mülki Müdafiə üzrə mühəndis Sevda Həsənova çıxış edib, maraqlı ,maarifləndirici videoçarxlarla “Təhlükəli ərazi nə.deməkdir?”mövzusunda izahatlar verib.

Kollecin Hərbi hazırlıq müəllimi Almara Dadaşova “Partlayış və təbii fəlakətlər nəticəsində insanlara ilk tibbi yardım göstərilməsi” mövzusunda qanaxmalar, sınıqlar və yanıqlar zamanı ilk tibbi yardımın göstərilməsini slaydlarla tələbələrə başa salıb.

Sonra söz Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin mayoru Vüqar Miriyə verilib. O, kollecdə belə bir aktual, maarifləndirici tədbir təşkil olunduğu üçün təşəkkürünü bildirib və “ Fövqəladə hallar zamanı nə etməli” mövzunu izah edib.

Sonda çıxış edən Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova bildirib ki, Partlayıcı sursatların təhlükəsizliyi üzrə maarifləndirmə”ABŞ terminidir. Dünyanın 164 ölkəsi minalardan imtina edib, istehsal etmir, satmır və basdırmır. Bu Beynəlxalq konvensiyadır.30 ölkə var ki, bu konvensiyaya qoşulmayıb. Beynəlxalq Humanitar Mina təmizləmə əməliyyatlarının 5 prinsipi var.Onlardan biri maarifləndirmədir. O, əməliyyatlarla paralel gedir.Əməliyyatların bitmədiyi yerdə insanların sağ-salamat qalması üçün biliklərə yiyələnməlidirlər.

Mənfur düşmən torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın müddətdə dağıtmaqla yanaşı, həm də saysız -hesabsız minalar basdırıblar.Torpaqlarımızın azad olunması 44.günlük Vətən müharibəsində müzəffər ordumuzun hərbi dəbilqəliləri tərəfindən aparıldı sonra isə humanitar dəbilqəlilər və inşaat dəbilqəlilər tərəfindən aparılır.Humanitar Mina təmizləmə əməliyyatları davam edir.İndiyə qədər 26965 ədəd mina və hərbi sursat aşkarlanmışdır.ki, onlardan 10200 ədəd piyada əleyhinə mina, 4329 ədəd tank əleyhinə mina, 12436 ədəd müxtəlif növ hərbi sursatdır.Torpaqlarımızın təmizlənməsi ilə paralel abadlıq-quruculuq işləri də aparılır .Ona görə də tələsib minalardan tam təmizlənməmiş ərazilərə səfər etmək, həyatı təhlükə yə atmaq olmaz.Xatırladaq ki,Vətən müharibəsi bitdikdən işğaldan azad olunmuş torpaqlarımızda 21 nəfər mina partlaması nəticəsində həlak olub, 85 nəfər isə yaralanıb, əlil olmuşdur.

Aidə Əsədova çıxışının sonunda qonaqlara kollecin kollektivi adından təşəkkürünü bildirib və F.H.N əməkdaşlarını Peşə bayramları münasibətilə təbrik edib.

Bənzər yazılar