24.XII 2021-ci il tarixində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Dövlət Komissiyasının, Şirvan Şəhər Polis Şöbəsinin, Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Narkomaniya və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşları Vasif Quliyev, Rahib Əliyev, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi İlham Əhmədov, Şirvan Şöbəsi Polis şöbəsinin rəisi Farid Vəliyev, Şirvan Şəhər Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru Abbas Rəcəbli, Şirvan Şəhəri İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin müdiri Fəxrəddin Səfərov, Şirvan Şəhər İcra Hakimiyyətinin məsul işçisi Rafael Nəsirov, həkim-psixiatr Kamil Mirzəyev, Kollecin direktoru Filologiya üzrə Fəlsəfə doktoru Barxudar Barxudarov, müəllimlər və tələbələr iştirak edirdi.

Kollecin direktoru Barxudar Barxudarov çıxış edərək qonaqları salamladı və belə bir maarifləndirici tədbirin kollecdə keçirilməsinin böyük əhəmiyyəti olduğunu qeyd etdi.Çıxış etmək üçün söz Azərbaycan Respublikasının Narkomaniya və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev, Şirvan şəhər Polis şöbəsinin rəis müavini Ramil Salayev və Şirvan Şəhər İcra Hakimiyyətinin məsul işçisi Rafael Nəsirova verildi.Onlar çıxış edərək narkotik, psixotrop maddələrdən sui-istifadə edən şəxslərdən danışdılar, onların müəyyənləşdirilməsinə kömək üçün tövsiyələr verdilər.Tədbirdə narkomaniyanın yaratdığı fəsadları əks etdirən maarifləndirici videoçarxlar nümayiş olundu. Sonda polislər tələbələri maraqlandıran suallara cavab verdilər və onlara broşürlər payladılar.

 

Aidə Əsədova

 

 

Bənzər yazılar