Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatlar rəsmi Moskvanın siyasətinə, bu ölkənin imzaladığı sazişlərlə müəyyənləşmiş vəzifə və  öhdəliklırinə ziddir. Rusiya ilə normal münasibət saxlayan tək-tük ölkələri də qıcıqlamdırmağa və küsdürməyə xidmət edir. Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin normal məcrada inkişafına səy göstərin. Son addımlar bu münasibətlərə ciddi xələl gətirir.

Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təsbit edilmişdir. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha xüsusi vurğulanmışdır.

Görünür, Ukraynadakı ardıcıl və biabırçı uğursuzluqlarla əlaqəli Rusiya MN-in rəhbərliyində oturan şəxslər nə etdiyinin fərqində deyillər. Onların məqsədi nədir? Münasibətləri gərginləşdirmək və pozmaq? Bu iki ölkə arasında qarşılıqlı münasibətlərə ciddi xələl gətirən kobud səhvdir.

Görünür Rusiya MN belə açıqlamalar verməklə diqqəti Ukraynadakı biabırçı məğlubiyyətdən yayındırmaq, aranı qatmaq istəyir. Ancaq bu Rusiya tərəfinə heç bir uğur gətirməyəcək. Rusiya tərəfi Azərbaycanla münasibətlərin qorunmasında maraqlı olmalıdır.

Burada Azərbaycandakı Rusiya sülhməramlılarının komandanı Volkovun rolu olduğu şübhəsizdir. Öz vəzifə öhdəliklərinə əməl etməyən, Ermənilərin yaşadığı ərazilərdə biznes quran, Azərbaycana qarşı xüsusi mənfi münasibəti olan Volkovun təqdimatı ilə hazırlanan bu tipli məlumatlar Rusiya ilə Azərbaycan arasında əlaqələrə xələl gətirmək məqsədi güdür. Rusiya tərəfi bu kimi məlumatları yayarkən çox diqqətli olmalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Bunu bütün dövlətlər nəzərə almalıdırlar.

Bənzər yazılar