Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Ulu Öndər “Heydər Əliyevin Dövlət siyasətində Azərbaycançılığın yeri və rolu” mövzusunda tədbir keçirilib.

28.04.2022- ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq şəhər İcra Hakimiyyəti və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 99- cu ildönümü ilə əlaqədar “Heydər Əliyevin Dövlətçilik siyasətində azərbaycançılığın yeri və rolu” mövzusunda tədbir baş tutub.
Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini, Dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Kollecin müəllimləri və tələbələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək ,abidənin önünə tər çiçəklər düzdülər.Tədbir Kollecin akt zalında dövlət himninin səslənməsi ilə davam edib. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayış olunub. Kollecin direktou Filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib.Bildirib ki,bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümü günüdür.Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi prezident bəxş edən bir ana olaraq, hər zaman tarixdə.qalacaqdır.
Sonra söz kollecin Tarix müəllim Mehran Əhməd qızına verilib. O, Ulu Öndərə həsr etdiyi “Unulmaz Nəğməkar” essesini səsləndirib.
İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi barədə ətraflı məlumat verib.Qeyd edib ki,Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil edir. Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər siyasi hakimiyyətə qayıdışının ilk günündə etdiyi çıxışda azərbaycançılığı dövlət idarəçiliyi fəlsəfəsində əsas tezis kimi irəli sürmüşdür:”Azərbaycan Respublikasının ərazisində olan, hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmalıdır.Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan.bütün.xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik.Bu bizim əsas vəzifələrimizdən biridir. Məhz bu Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olunması, vahid bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi üçün açarıdır.
Sonra Kollecin Tərbiyə İşləri üzrə direktor müavini Aidə Əsədova Ümummilli lider Heydər Əliyevin 99- cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən!” adlı Respublika İFA müsaqibəsi haqqında məlumat verib. Bildirib ki, müsaqibənin Zona mərhələsi Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində keçirilib. Bu mərhələdə qalib gələn tələbələr Respublika mərhələsinə-finala vəsiqə qazanıblar. Kollecin tələbələri Şəhanə Zeynalova şeir nominasiyası üzrə lll yer, Lamiyə Zahidova mahnı nominasiyası üzrə ll yer qazanıb.
Tədbirin sonunda Şəhanə Zeynalova “Ulu Öndər” şeirini, Lamiyə Zahidova “Ey vətən” mahnısını səsləndirib. Respublika İFA müsabiqəsinin final mərhələsinin qalibləri diplom və fəxri fərmanla mükafatlandırılıblar.

Bənzər yazılar