Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinin sədri, yazıçı Qafar Cəfərlinin 65 illik yubileyi ilə əlaqədar görüş təşkil edilib.

Görüşdə filialın direktoru dosent X.H.Sultanlı, Cəlilabad Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri E. Həsənova, professor Yadulla Ağazadə, şair-publisist Meyxoş Abdullah, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Hüseynov, şair Gülbala Teymur, Əlizaman Baxış, Səyavuş Süleymanov, Cəlilabad Rayon Mədəniyyət Evinin kollektivi, Mərkəzi Kitabxana Sisteminin və Peşə Təhsili Mərkəzinin əməkdaşları, filialın məzunu və Vətən müharibəsinin qazisi Simran Əlizadə, filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.


Tədbirin başlanğıcında şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən filialın direktoru, dos. X.H.Sultanlı görüşün əhəmiyyətini vurğulayaraq yazıçı Qafar Cəfərlini 65 illik yubileyi münasibətilə təbrik edərək onu filial rəhbərliyi adından fəxri fərmanla təltif edib.
Sonda isə filial tələbələri yazıçıya maraqlı suallar ünvanlayıblar.

Bənzər yazılar