Mektebgushesi

BMU növbəti dəfə nüfuzlu “THE Impact Ranking” reytinq cədvəlində

Bakı Mühəndislik Universiteti (BMU) Böyük Britaniyanın “The Times Higher Education” nəşrinin dünyanın nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlində (Impact Rankings -2022) yer alıb. BMU artıq ikinci dəfədir daxil olduğu adıçəkilən reytinq  cədvəli universitetlərin tədqiqat, informasiya-təbliğat,  idarəetmə,  təlim üzrə  hərtərəfli, balanslı müqayisəsini təmin etmək üçün  diqqətlə seçilmiş kriteriyalar əsasında tərtib olunur. Azərbaycanın 6 ali təhsil müəssisəsinin (Xəzər […]

DİM “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsini nəşr edib

  Dövlət İmtahan Mərkəzi (DİM) “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsini nəşr edib. DİM-dən  bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu nəşrdə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı […]

Quran qiraəti yarışması keçirilib

  Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ənənəvi olaraq hər il təşkil olunan “Quran qiraəti” müsabiqəsi keçirilib. Müsabiqədə Aİİ İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. İlahiyyat İnstitutunun prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, Dillər və ictimai fənlər kafedrasının müəllimi Ənvər Mustafayev münsiflər heyətində təmsil olunublar. Aİİ-nin elm […]

Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 18 may saat 11:00-da start veriləcək. Bu barədə Mektebgushesi.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib. Bildirilib ki, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə […]

ARTİ və İRM sədrləri “Bələdçi”də sertifikasiyadan danışacaqlar

“T-Network” platformasının  “Bələdçi” buraxılışının növbəti qonaqları Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəylidir. Mektebgushesi.az xəbər verir ki, bu buraxılışda “Sertifikatlaşdırma: niyə və necə?” barədə danışılacaq. T-Network-ün tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanan “Bələdçi”ni 16 may saat 20.00-da T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının “Facebook” səhifəsindən izləyə […]

“Təhsil forumu” təhsillə bağlı təşəbbüs və düşüncələrin paylaşımların yer aldığı platformadır – Emil Tağızadə

“Bu gün “Təhsil Forumu”   sosial platformasının  3 illiyi tamam olub. “Təhsil forumu”    əvvəlcə  pdf və vəsaitlər qrupu olaraq fəaliyyətə başlamışdı . Bir qədər  sonra  isə qrupda  şikayət və  nöqsanlar paylaşılmağa başlanıldı və bununla da  qrup böyüdü”. Bu sözləri AzEdu.az-a açıqlamasında “Təhsil forumu” qrupunun rəhbəri Emil Tağızadə deyib. 3 yaşı tamam olan “Təhsil forumu” qrupu müəllimlərin […]

BDU -nun Biologiya fakültəsində “ART-MOTİV” layihəsi təqdim olunub

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirlinin müəllifi olduğu “ART-MOTİV” layihəsi təqdim olunub. Layihədə 4 tanınmış dünya klassikinın (Qabriel Qarsia Markes “Vida məktubu”, Mahatma Qandi “Dua”, Antuan de Sent-Ekzüperi “Dua”, “Avraam Linkolnun oğlunun müəlliminə məktubu”) bəşəriyyətə ünvanladığı məktubların mətni yer alıb. Əvvəlcə layihə müəllifinin həmin məktublar əsasında hazırladığı […]

“Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi” mövzusunda Respublika elmi konfransı keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Plenar iclası giriş sözü ilə açan […]

Yaponiyada təqaüdlü təhsil imkanı

2022-2023-cü tədris ili üzrə Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) üzrə sənəd qəbulu davam edir. Üç istiqamət üzrə təklif olunan təqaüd proqramı ali təhsilin müxtəlif təhsil səviyyələrini əhatə edir. Təqaüd proqramına son müraciət tarixi 3 və 10 iyun 2022-ci ildir (proqramdan asılı olaraq). Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

BDU tələbələri Biyan Sənaye Parkında olub

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsi nəzəriyyənin sənayeyə tətbiqi istiqamətini daim prioritet götürür və tələbələrin sənaye müəssisələrinə silsilə səfərlərini təşkil edir.   Bu istiqamətdə növbəti səfər Ağdaş rayonunda yerləşən Biyan Sənaye Parkına olub. Fakültənin Botanika və bitki fiziologiyası kafedrasının əməkdaşları Kəmalə Əsədova və Fidan Məmmədovanın rəhbərliyi ilə II kurs tələbələri Biyan Sənaye Parkında təcrübə keçiblər. […]

“Gənc istedadlar” liseyinin şagirdinin böyük uğuru

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Nəriman Şirinli Özbəkistanda kimya fənni üzrə 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasında böyük uğura imza atıb. Mayın 15-də Özbəkistanda kimya fənni üzrə 56-cı Beynəlxalq Mendeleyev Olimpiadası təşkil olunub. Elm müsabiqəsində iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Belə ki, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin XI sinif […]

“Şuşada bir gün” mövzusunda festival keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində “Şuşada bir gün” festivalı keçirilib. Paytaxtdakı 234 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə şəhid anaları, məktəbin Vətən Müharibəsi iştirakçısı olmuş məzunları, BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Azərbaycan Yazıçılar […]

Daha 4 təhsil müəssisəsinə Məktəbin İnkişaf Planı təqdim edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki növbəti 4 təhsil müəssisəsinə Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən hazırlanmış Məktəbin İnkişaf Planı təqdim olunub. Bununla bağlı keçirilən görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, TDM-in direktoru İlkin Həsənov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, metodistlər, Məktəbin İnkişaf Planının hazırlanmasında iştirak edən paytaxtın 4 ümumi […]

Azərbaycanda Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzi yaradıldı – AzEdu nəzdində

AzEdu.az Təhsil Portalının  nəzdində xüsusi  mərkəzin əsası qoyulub. Dərsliklərin Monitorinq mərkəzinin yaradılmasında əsas məqsəd dövlətin təhsil  siyasətinə dəstək, dərsliklərdəki yanlışlıqların aradan qaldırılması və təhsil üçün faydalı işlər görməkdir. Ötən gün mərkəzin ilk iclası keçirilib və bundan sonrakı fəaliyyətilə bağlı görüləcək işlər açıqlanıb. Qeyd olunub ki, bu, ilk iclasdır və bundan sonra hər fənn üzrə müzükirələr […]

BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

  bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Bakı Ali Neft Məktəbində (BANM) olub, Ali Məktəbin kampusunda bp və tərəfdaşlarının BANM-ə hədiyyə etdiyi laboratoriyaya baş çəkib. Qonağı Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, Ali Məktəb fəaliyyətə başlayandan bp şirkəti daim dəstəyini göstərib və BANM-lə bp […]