“Bu gün “Təhsil Forumu”   sosial platformasının  3 illiyi tamam olub. “Təhsil forumu”    əvvəlcə  pdf və vəsaitlər qrupu olaraq fəaliyyətə başlamışdı . Bir qədər  sonra  isə qrupda  şikayət və  nöqsanlar paylaşılmağa başlanıldı və bununla da  qrup böyüdü”.

Bu sözləri AzEdu.az-a açıqlamasında “Təhsil forumu” qrupunun rəhbəri Emil Tağızadə deyib.

3 yaşı tamam olan “Təhsil forumu” qrupu müəllimlərin irad və təklifləri, təhsillə bağlı təşəbbüs və düşüncələri ilə bağlı paylaşımların yer aldığı platformadır. Qrupda mütəmadi olaraq, təhsilverənlərin, eləcə də, təhsilə aid digər şəxslərin (valideyn, tələbə, pedaqoji işçi) şikayətlərinə də rast gəlinir. E. Tağızadənin sözlərinə görə, bu şikayətlər arasında bəzən qərəzli olanlar da olur:

Təhsil forumu qrupuna şikayətlər daha çox MİQ imtahanları və  sertifikası, həmçinin, məktəblərdə  baş verən  müxtəlif nöqsanlarla və dərsliklərlə  problemləri ilə bağlı gəlir.

Qeyd edim ki, bəzi şikayətlər qərəzli formada olur. Bəzən bəzi  şəxslər kimdənsə xoşu gəlmədiyindən onu zədələmək üçün nə isə yazır.  Biz hər hansı  şikayəti araşdırmaq istəyən zaman həmin məktəblərdə tanış adam tapırıq. Və yaxud, həmin məktəblərlə  əlaqə saxlaya bilmədiyimiz təqdirdə başqa variantlarla məlumat əldə etməyə çalışırıq. Misal üçün, şikayət  kənd məktəbindəndirsə, o kənddə yaşayan sakinlə əlaqə saxlayırıq. Bundan sona isə şikayəti aidiyyatı quruma göndəririk. Onlar bu şikayətlər üçün qanunu yolla öz tədbirlərini görürlər”.

Müəllimlər isə əsasən bu məsələlərlə bağlı qrupa müraciət edir, irad-təkliflərini bildirirlər:

“Apellyasiya  müsaqibələri zamanı  bir çox müəllim bizə öz şikayətini bildirdi . Şikayətlərin əksəriyyəti  isə  hicablı və hamilə qadınların  müsaqibə zamanı kəsilməsi  bağlı olmuşdur. “Təhsil Forumu” qrupu olaraq biz həmin şikayətlərə  Təhsil Nazirliyininin virtual əlaqələrini  “tag”, əlavə etməklə, onları məlumatlandırmış oluruq.  Bələliklə, bi çox müəllimin sikayətlərinə bu sayədə baxılır.

Bu şikayətlərlə bağlı müəyyən vatshap qrupları yaradılır ki, nümayəndələrimiz də o qrupları izləyir və problemləri mütəmadi olaraq işıqlandırırıq.

Qeyd edim ki,  mən şikayətlərin  şəxsin özü tərəfindən ictimailəşdirilməsini daha düzgün hesab edirəm.  Çünki şikayətləri bizim ictimailəşdirdiyimiz təqdirdə bəziləri bunu qərəzli şəkildə etdiyimizi düşünə bilər. Biz də bunun məsuliyyətini öz üzərimizə götürmək istəmirik.

Bağçalarla bağlı qrupa gələn şikayərlərin mövzusu isə tam başqadır:

“Bağçalarla bağlı şikayətlər adətən ərzaq yeyintisi ilə bağlı olur. Qeyd edim  ki, hətta bir bağçanın görüntüsü paylaşılmışdı. Görüntüdə  müdirin şoferinin  anbardan müəyyən ərzaqlar apardığı görünür. Bizim bu şikayəti işıqlandırmağımız sayəsində həmin bağça müdiri işindən azad olundu“.

 

 

Bənzər yazılar