Orta ixtisas təhsil müəssisələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən yaradılmış transfer.edu.az elektron portalı vasitəsilə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün orta ixtisas təhsili müəssisələrində (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla), habelə akkreditasiyalı xarici orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə şamil edilir.

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunmuş tələbələrin birinci semestr, ümumi orta təhsil bazasından qəbul olunmuş tələbələrin isə üçüncü semestr başa çatdıqdan sonra mövcud Qaydalara əsasən ixtisasını və ya təhsilalma formasını dəyişmək, bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülmək hüququ var.

Bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülən və ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Bənzər yazılar