2022/2023-cü tədris ili üçün peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinə avqustun 30-da start veriləcək.

Bu barədə Mektebgushesi.az -a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, II mərhələ sentyabrın 5-dək davam edəcək.

Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi avqustun 1-dən 12-dək davam edib. Qəbul 66 peşə məktəbində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb.

Bənzər yazılar