Qarşıdan yeni tədris ili gəlir. Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr təhsil aldıqları ölkələrə getməyə hazırlaşırlar. Türkiyədə təhsl alan tələbələr əvvəllər Naxçıvan yolu ilə də avtobusla gedib-gələ bilirdilər. Bu formada uzun və yorucu məsafə olsa da tələbənin cibinə daha uyğun idi.

İndi quru yollar tamamilə bağlıdır.  Yəni avtobusla getmək imkanı yoxdur. Qarşıdan gələn aylarda bütün xaricdə təhsil alan tələbələrin təhsil aldıqları ölkələrə getmələri üçün yalnız bir yol var – hava yolu.

Görünən odur ki. biletlərin qiymət zatən artan çoxluqla gedir. Qarşıdakı aylarda da artım olacaqsa tələbə təhsilinin arxasınca necə gedəcək?

Millət vəkili Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında bu problemi diqqətə alıb təcili bir qərar vermək lazım olduğunu dedi:

“Quru yolları bağldır və təyyarə biletlərinin qiyməti yüksəkdir, bu bizim xaricdə təhsil alan tələbələr üçün çətinliklər yaradır. Hesab edirəm ki, nəqliyyatın bütün növlərində, həm daxildə, həm də xaricə, tələbələrə güzəşt edilməsinə ehtiyac var. Dövlət hər zaman tələbələrə qayğı göstərir. Bu da dövlət üçün elə böyük vəsait olmaz. Bu barədə qərar qəbul etməyimiz çox yaxşı olardı.

Hazırki şəraitdə tələbələrin güzəştli gediş-gəlişdən yararlanmağa ehtiyacları var. Mən bir neçə dəfə bu təkliflə çıxış etmişəm. Tələbəyə dövlətin qayğısını bir daha artırmaq üçün bu addım məqsədəuyğundur.

Qarşıdan yeni tədris ili gəlir. Aviabiletlər hazırda bahadır. Dövlət təhlükəsizlik baxımından quru yollarını bağlayıb. Hesab edirəm ki, aviabiletlərin qiymətində tələbələr üçün güzəşt etmək yaxşı olardı. Tələbələrin xərcləri zatən çoxdur, təhsil haqqı, ev kirayəsi, gündəlik təlabat, xaricdə yaşayış və sair. Bu mövzunun ictimailəşdirilməsi günün tələbidir”.

Bənzər yazılar