Dərc olunub: 22.08.2022

Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, avqustun 23-də texnologiya, rus dili və ədəbiyyatı, təsviri incəsənət (rus bölməsi), coğrafiya (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə (Azərbaycan və rus bölməsi), kimya (rus bölməsi), riyaziyyat (rus bölməsi), ingilis dili, musiqi fənləri üzrə müsahibələr təşkil olunacaq.

Qeyd edək ki, avqustun 25-dək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.

 

 

Bənzər yazılar