Dərc olunub: 30.08.2022

Növbəti tədris ilində bir sıra yeni dərsliklərin tətbiqinə başlanılacaq.

Bunu APA-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, bunlardan biri V siniflər üçün “Təbiət 5” dərsliyidir və bu ildən kütləvi istifadəyə veriləcək:

“Əlavə olaraq III siniflərdə “Happy Campers” ingilis dili dərsliyi keçiləcək. Bu dərslik I-II siniflərdə tətbiq olunurdu. Həmçinin ötən illərdə pilot olaraq tədris olunan dərsliklər bu ildən kütləvi şəkildə keçiləcək. Bunlar əsasən ibtidai sinif dərslikləridir. Yuxarı siniflərdə tədris olunan dərsliklərin də bəziləri yenilənib”.

Bənzər yazılar