Dərc olunub: 31.08.2022

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin birinci sessiyasında təqdim olunan 30 nömrəli sual ilə bağlı müraciətlər daxil olub və araşdırılıb.

Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Təhsil İnstitutu İnsan Resursları Mərkəzi məlumat yayıb. Məlumatda bildirilib ki, avqustun 31-də ibtidai sinif müəllimləri üçün keçirilmiş sertifikatlaşdırma imtahanında təqdim olunan 30-cu test tapşırığının şərti doğru olsa da, düz cavab variantının yazılışında texniki xəta olduğundan iştirakçılar arasında çaşqınlığın yarana biləcəyi müəyyən edilib. Bu səbəbdən 30-cu sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə həmin sual üzrə 1 bal olunmaqla hesablanır. Bütün test imtahanları tamamlandıqdan sonra iştirakçılar şəxsi səhifələrində yekun nəticələrlə tanış ola bilərlər.

 

Bənzər yazılar