Artıq  iki həftədir ki, çox yaxşı bir şirkətdə yaxşı maaşla işləyirdi. Amma bir qəribəlik var idi: hər çərşənbə  iclasdan sonra işıqlar sönür və yandığı zaman isə otaqdakilardan biri yox olurdu. Daha da qəribəsi ondan başqa heç kəs buna fikir verməzdi. Dəfələrlə iş yoldaşları ilə bu məsələni danışmağa çalışsa da, onlar heç nə görmədiklərini deyirdilər. Halbuki bu, mümkün deyildi. Hər kəs hər şeyi görürdü, amma heç nə demirdi.

Düz iki ay idi ki, bu şirkətdə işləyir və hələ də burada nələr olduğunu anlaya bilməmişdi. Bəlkə də, problem onda idi. Bəlkə də, xəyal görürdü. Bir neçə dəfə işdən çıxmaq qərarına gəlsə də, maddi prblemlər bunu etməyə icazə ermirdi. Həm də, artıq onu maraq bürümüşdü. Nə baş verdiyini öyrənməli idi.

Çərşənbə. İclas bitdi. Hər zamanki kimi bu həftəki işlər müəyyən olunmuş, keçən həftəki nailiyətlərdən danışılmışdı. O isə həyəcanla bu dəfə kimin gedəcəyini gözləyirdi. Km bilir, bəlkə də, bu dəfəki o idi. Bəlkə, bu sayədə nələr olduğunu da anlayardı.

Gözlənən vaxt gəldi.  İşıqlar söndü. Bir nəfər getdi. İşıqlar yandı. Gedən yan masadakı işçilərdən biri idi. Ətrafına baxdı, hər kəs işi ilə məşğul idi, sanki bir dəqiqə əvvəl heç nə olmamışdı. Artıq dözə bilmirdi, bu gedişlə dəli olacaqdı. Birdən ayağa qalxıb otaqdakilara səsləndi:

– Burada nə baş verir? Niyə heç nə olmamış kimi davranırsınız? Onu hara apardılar? Niyə işıq sönür? Məgər, heç nə görmürsünüz? Niyə heç nə demirsiniz?

Səssizilk. Yenə heç kəs heç nə demədi. İşlərinə davam etdiər. Otaqdan çıxdı, hava almalı idi. Pəncərəyə yaxınlaşıb sakitləşməyə çalışdı. Yanına gələn adamla düşüncələrindən ayrıldı. Yaşlı  adam heç nə demədən pəncərədən baxırdı.   Eyni sualları bu qocaya da vermək istəsə də, cavab ala bilməyəcəyini düşünüb fikrindən əl çəkdi. Otağa qayıtmaq üçün addım atmışdı ki, qoca :

–  İki həftə – dedi.

– Nə?

– Öyrəşməyin üçün son ki həftə.

– Anlamıram. Nəyə öyrəşməliyəm?

– Burada olanlara.

– İki həftə sonra nə olacaq?

– Sən də onlar kimi gedəcəksən.

– Hara?

– Bilmirəm.

– Onlara nə olur?

– Bilmirəm.

– Mənə nə olacaq?

– Sənin seçimindir. İki həftən var, yaxşı düşün, – deyib uzaqlaşdı.

Bir qərar verməli idi. Növbətinin özü olacağını  artıq bilirdi. Ona nə olacağını isə bilmirdi və öyrənə də bilməyəcəkdi. Öyrənmək üçün tək yol var idi, amma bunu edə bilməzdi. Nə baş verdiyini bilmirdi, qorxurdu. Qərar verməli idi.

İki həftə sonra. Çərşənbə günü. İclasın sonu. İşıqlar söndü. Biri getdi. İşıq yandıqda O da digərləri kimi öz işinə davam edirdi.

 

Bənzər yazılar