Bu dəfə “Təhsil tədqiqatlarının xülasəsi” – Review of Educational Research (RER) jurnalından bəhs edəcəyik…

Dünyanın ən reytinqli elmi jurnalları ilə bağlı tədqiqatlarımızı davam etdiririk. Bu dəfə pedaqogika sahəsində aparıcı mövqeyə malik olan bəzi jurnallarla tanış olacağıq.

Review of Educational Research (RER) (Təhsil tədqiqatlarının xülasəsi) jurnalı təhsil sahəsində aparılan ən yeni tədqiqatlarla oxucuların görüşünə gəlir. Amerikanın Təhsil Elmi Tədqiqatlar Assosiasiyası tərəfindən hazırlanan jurnal iki ayda bir dəfə nəşr olunur. Jurnal Q1 kateqoriyasına daxildir. Jurnalın əsası 1931-ci ildə qoyulub. Burada təhsilin və təhsil tədqiqatlarının bütün aspektləri, o cümlədən, tədris proqramları, müəllim hazırlığı, təhsilin idarə olunması, ali təhsil, təhsil nəzəriyyəsi və siyasəti məsələləri əhatə olunur. Jurnala təqdim edilən hər bir mövzu üzrə əsas tədqiqat işləri jurnalın tematik buraxılışlarında 3 illik dövr ərzində nəzərdən keçirilir. Buna görə də redaksiya kollegiyası hər üç ildən bir dəyişdirilir.

Bu, o məqsədi daşıyır ki, qarşıda gələn 3 illik dövr üçün müəyyən ediləcək redaksiya heyəti aparılacaq tədqiqat işlərinə uyğun seçilsin. Yəni redaksiya heyətinin üzvləri jurnala qəbul ediləcək tədqiqat işləri üzrə mütəxəssis olsunlar. Redaksiya heyəti öz fəaliyyəti dövründə elə tədqiqat işlərini jurnala cəlb edir ki, onlar təhsil və pedaqoji fikir üçün yenilik olsun və dünyanın elmi-pedaqoji ictimaiyyətinin diqqətini cəlb etsin. Heç də təsadüfi deyildir ki, RER Amerikanın elmi ədəbiyyatların nəşrini həyata keçirən müstəqil

SAGE – Publishing nəşr kompaniyası tərəfindən yayımlanır. Jurnalın növbəti 5 il üçün impakt faktoru 18.7, Hirş göstəricisi 153, ümumi reytinq göstəricisi 210-dür. Jurnalda psixologiya, sosiologiya, tarix, fəlsəfə, siyasətşünaslıq, iqtisadiyyat, informatika, statistika, antropologiya və biologiya sahəsini əhatə edən fundamental tədqiqat işləri də dərc olunur. Bu mövzuda tədqiqatlara bir şərtlə yer verilir ki, onların xülasəsi təhsillə bağlı sualları əhatə etsin. RER geniş inteqrativ xülasəyə malik olmayan emprik tədqiqatlara öz səhifələrində yer vermir.

Böyükağa MİKAYILLI

Bənzər yazılar