Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib olan “Proqramlaşdırmaya Python’la addımla” layihəsinin növbəti təlimi keçirilib. 

Təlim 07.01.2023 tarixində Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində təşkil edilmişdir. Təlimin əvvəlində  2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizova layihənin komandasını salamlayaraq, iştirakçılara uğurlar arzulayıb və layihənin məktəblilər üçün vacibliyini qeyd etmişdir.

Layihə rəhbəri Aidə Şıxəliyeva layihənin məqsədləri haqqında məlumat vermişdir.

Layihənin eksperti Cəbrayıl Əlili gözlənilən nəticələrlə bağlı fikirlərini bildirmişdir.

Layihənin təlimçisi Niyaməddin Şahmarov şagirdlərə Python proqramlaşdırma dilini nəzəri və praktiki metodlarla şagirdlərə təlim keçmişdir.

Təlimdə 11 şagird iştirak etmişdir. Təlim 3 saat davam etmişdir. Sonda hər bir şagirdə sertifikatlar verilmişdir. Bundan əlavə şagirdlərə qeyd kitabçaları və bukletlər paylanmışdır. Təlimdə fəal iştirak edən 10-cu sinif şagirdi Abdullayeva Nübar diplomla təltif edilmişdir.

Bənzər yazılar