Cəlilabad rayonunun Moranlı kənd ümumi orta məktəbi üçün yeni modul tipli bina quraşdırılır.

Mektebgushesi.az “Report”a istinadən xəbər verir ki, bu barədə orta məktəbin direktoru Ruslan Abbasov məlumat verib.

Onun sözlərinə görə, artıq yeni məktəbin inşası ilə bağlı 2 aydır ki, müvafiq işlər aparılır: “Hazırda məktəbin daxilində və həyətyanı sahəsində işlər görürülür. İşlər bitən kimi yeni məktəb istifadəyə veriləcək”.

Yeni modul tipli məktəb Prezident İlham Əliyevin 2022-ci il 19 sentyabr tarixli sərəncamına əsasən tikilir. Həmin sərəncam əsasında, Cəlilabad rayonunun Moranlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəb quraşdırılır.

Qeyd edək ki, Moranlı kənd ümumi orta məktəbinin binası uzun müddətdir qəzalı vəziyyətdədir. Bu isə şagirdlərin həyatı üçün təhlükə yaradır.

Moranlının 50-yə yaxın şagirdi qonşu kəndlərdə məktəbə getməyə məcbur olub. Hazırda qəzalı vəziyyətdə olan orta məktəbdə 100-ə yaxın uşaq təhsil alır.

 

Bənzər yazılar