Dərc olunub: 17.01.2023

 

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaşı olduğu, Avropa
Komissiyasının maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Azərbaycanda Rektorlar
Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Elmi
işlər üzrə komitənin ilk iclası keçirilib. Tədbir layihənin koordinatoru Bakı
Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda baş tutub.

İclasda komitənin funksiyaları, qurumun idarə heyətinin sədrliyinə
namizədliyə dair tələblər, həmçinin idarə heyəti üzvlərinin və sədrin seçilməsi
qaydaları ətraflı müzakirə edilib. Layihə üzrə tərəfdaşların səsləndirdiyi rəylərə
uyğun olaraq müvafiq qərarlar qəbul olunub.

Sonra idarə heyətinin sədri vəzifəsini tutmaq üçün 5 nəfərin namizədliyi
irəli sürülüb.

BMU-nun Elmi işlər üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dos.
Elçin Süleymanov 60 % səs çoxluğu ilə idarə heyətinin sədri seçilib.

Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib.
Lənkəran Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru,
biologiya üzrə fəlsəfə doktoru, dos. Elvin Əliyev və Azərbaycan Texniki
Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, texnika elmləri doktoru,
professor, əməkdar müəllim Sübhan Namazov sədrin müavinləri seçiliblər.

Qeyd edək ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan
Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəmiləlləşmə üzrə, Tədris
işləri və keyfiyyət təminatı üzrə, Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə
və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.

Bənzər yazılar