Dərc olunub: 17.01.2023

Dövlət İmtahan Mərkəzində yanvarın 16-da Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Mektebgushesi.az xəbər verir ki, gündəlik məsələlər ümumi (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan xidməti kitabçaların müzakirəsi olub.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

İşçi qruplarının növbəti iclası 23 yanvar 2023-cü il tarixində keçiriləcək.

Bənzər yazılar