Dərc olunub: 17.01.2023

 

Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni
Azərbaycan Partiyasının (YAP) “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatının
(ƏPT) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş görüş
keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətənimizin
azdlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla
yad edilib.
Çıxış edən rektor professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, bundan 33 il öncə
müstəqil dövlətçilik tariximizin acılı, lakin şərəfli günləri yaşanıb. Rektor
vurğulayıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən bu
hadisələrə ilk dəfə hüquqi-siyasi qiymət verildi və bu gün 20 Yanvar şəhidlərinin
xatirəsi hər birimizin qəlbində əbədi yaşayır.
20 Yanvar hadisələrinə aid videoçarxın nümayişindən sonra istedadlı gənc şair, 20
yaşlı 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bibisi professor Almaz Ülvi, 20
Yanvar şəhidlərindən AMEA-nın aspirantı, ADNSU-nun müəllimi Yusif
Sadıqovun bacısı professor Sayalı Sadıqova və Fərizə Allahverdiyevanın qardaşı
Zakir Nəbiyev təəssüratlarını bölüşərək, bu misilsiz faciədə xalqımızın onlarla igid
övladlarının vətənin gələcəyi üşün özlərini qurban verdikləri qeyd ediblər.
Universitetin Filologiya fakültəsinin II tədris ili tələbəsi Aytac Muradlının ifasında
tanınmış şairə Mahirə Nağıqızının “Şəhidlər” şeirinin səsləndirilməsindən sonra
tədbir iştirakçılarından ADPU-nun prorektoru professor Asəf Zamanov, professor
Hacan Hacıyev, AMEA-nın müxbir üzvü Novruz Quliyev və YAP veteranı
Rizvan Vahabov da fikirlərini bölüşərək Azərbaycan tarixində önəmli mərhələ
təşkil edən bu cür qanla yazılan tarixlərin qeyd olunması və yaşadılmasının
əhəmiyyətini vurğulayıblar.
Sonda “Ü.Hacıbəyli-68” ƏPT-nin sədri dosent Sultanəli Qurbanov yekun nitqi ilə
çıxış edərək şəhidlərimizin xatirəsini yaşatmağın hər birimiz üçün vacib missiya
olduğunu qeyd edib.

Bənzər yazılar