Orta məktəb şagirdləri fənlər üzrə “Sınaq imtahanı sual kitabçaları” vasitəsilə hazırlıq səviyyələrini yoxlaya bilərlər.
Mektebgushesi.az xəbər verir ki, kitabçalar 5, 6, 7 və 8-ci sinif şagirdləri üçün hazırlanıb. Sual kitabçası tədris ilinin ¼ hissəsini əhatə edir.
Sual kitabçası daxilində rahat ayrılaraq istifadə oluna biləcək unikal iş nömrəsi və QR kod ilə təchiz olunmuş «Cavab kartı» yerləşdirilib.
Cavab kartındakı QR kod vasitəsilə şagirdlər otk.az portalına keçid edərək əlavə ÖDƏNİŞSİZ daha bir onlayn sınaq imtahanı da verə bilərlər.
Cavab kartındakı QR kod vasitəsilə otk.az portalına keçərək və ya https://otk.az/?menu=sualkitabchalari ünvanına daxil olaraq test tapşırıqlarının cavablarını müvafiq xanalara daxil etməklə nəticəni (toplanılan balı) öyrənmək mümkündür.
Sual kitabçalarını (№1) şəhərin bütün kitab mağazalarından əldə etmək mümkündür. Yalnız orijinal sual kitabçalarından istifadə etdikdə ÖDƏNİŞSİZ sınaq imtahanından istifadə edə və sual kitabçası üzrə nəticənizi əldə edə bilərsiniz. Kitabçaların qiyməti 3 manatdır.

Bənzər yazılar