Son zamanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə büdcədən maliyyələşən bütün təşkilatların işçilərinin əməkhaqları artırılıb. Bu, çox vacib məsələdir. İnsanların əməyi inflyasiyaya uyğun olaraq stimullaşdırılmalıdır. Bu gün Nazirlər Kabineti büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsinin yeni məbləğlərini müəyyənləşdirib. Büdcədən maliyyələşdirilən müəssisələrdə məşğələlərə cəlb olunan pedaqoji işçilərə saathesabı ödənişlər artırılıb. Bu tədbirlər pedaqoji işçilərin daha firavan yaşamasına istiqamətlənib.

Bu fikirləri AZƏRTAC-a pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov bildirib.

O qeyd edib ki, ali və orta ixtisas məktəblərində çalışan müəllimlərin və professorların əməyinin qiymətləndirilməsi kifayət qədər yüksək məbləğdir. Biz bu addımı yüksək qiymətləndiririk. Hesab edirik ki, müəllimlərin əməyinin, xüsusilə də professorların, dosentlərin əməyinin bu gün stimullaşdırılması təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər.

 

Bənzər yazılar