Dərc olunub: 18.01.2023

Müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin müsahibə mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu başlanılır.

Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Məlumatda bildirilir ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər bu gün saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu yanvarın 19-u saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, apellyasiya müraciətləri əsasında namizədlər üçün onlayn formatda müsahibələrin təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.

Bənzər yazılar