Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində direktor vəzifəsinə təyinatlar olub.

Mektebgushesi.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən direktorların işə qəbulu imtahanından uğurla keçən adları aşağıda qeyd edilən şəxslər direktor vəzifəsinə təyin ediliblər.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev yeni təyin edilən məktəb direktorları ilə göşürək, onları təbrik edib və gələcək işlərində uğurlar arzulayıb, həmçinin onlara bir çox tapşırıq və tövsiyə verərək işlərində məsuliyyətli olmalarını diqqətlərinə çatdırıb.

Direktorların və onların təyin olunduqları məktəblərin siyahısını təqdim edirik:

1. Nağızadə Ahu Hafiz qızı – Şamaxı rayon Adnalı kənd  tam orta məktəbi

2. Mustafayev Sahib Əlsahib oğlu – Şamaxı rayon Kərkənc kənd tam orta məktəbi

3. Sayılov Vasif Əmirağa oğlu –Şamaxı rayon Qonaqkənd  kənd tam  orta məktəbi

4. Ağayeva Yeganə Hüseyn qızı – İsmayıllı rayon Basqal qəsəbə tam orta məktəbi

5. Əliyev Dadaş Ağaməşədi oğlu – İsmayıllı rayon Lahıc qəsəbə tam orta məktəbi

6. Rüstəmov Pünhan Nəbi oğlu – İsmayıllı rayon Talıstan kənd  tam orta məktəbi

7. Məmmədov Müşviq Əlipaşa oğlu – Ağsu rayon Abasxanlı kənd tam orta məktəbi

8. Musayev Namiq Nadir oğlu – Ağsu rayon Padar kənd ümumi orta məktəbi

9. Hüseynov Ayaz Mirağa oğlu – Ağsu rayon Sarvan kənd ümumi orta məktəbi

10.Ağabalayev Samir Malik oğlu – Ağsu rayon Ağabəyli  kənd tam orta məktəbi

11.Ələkbərova Şəfəq Eldar qızı – Qobustan rayon Çalov kənd ümumi orta məktəbi

12. Azadə Buğday Rövşən oğlu – Qobustan rayon Cəyirli kənd ümumi orta məktəbi

13. Əliyev Mais Xanlar oğlu – Qobustan rayon Cəyirli kənd tam  orta məktəbi

14. Pənahlı Güllər Güləli qızı- Qobustan rayon Cəngi  kənd ümumi orta məktəbi

Bənzər yazılar