Dərc olunub: 18.01.2023

Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin “Türkiyə-Azərbaycan Gənclər Mübadiləsi”
proqramı çərçivəsində Xəzər Universitetinin bir qrup tələbəsi 2023-cü il yanvarın 22-27-də
Türkiyənin Ankara, Kırşehir, Nevşehir və Kapadokya şəhərlərində səfərdə olacaqlar.
Bununla əlaqədar olaraq 2023-cü il yanvarın 17-də universitetin rektoru İradə Xəlilova
Türkiyəyə səfər edəcək qrupun bütün üzvləri və rəhbər heyəti ilə görüşdü. Qrupun rəhbəri,
İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli proqramda iştirak edəcək tələbələr və
səfərə hazırlıqla bağlı geniş məlumat verdi. İ. Xəlilova iştirakçıları təbrik edərək, onlara
qarşıdakı maraqlı səfərdə uğurlar arzuladı. Səfər hazırlıqlarını yüksək qiymətləndirən İ. Xəlilova
iştirakçılarla xatirə şəkilləri çəkdirdi.
Xəzər Universiteinin nümayəndə heyəti beş gün ərzində Türkiyə Gənclər və İdman Nazirliyinin
protokoluna uyğun olaraq Ankarada Cümhurbaşkanlığı Külliyesinde, Türkiyə Böyük Millət
Məclisində (TBMM), Türkiyə Gəncıər və İdman Nazirliyində, valiliklərdə görüşlər keçirəcək və
proqram çərçivəsində müxtəlif tədbirlərdə iştirak edəcək.
Proqrama uyğun olaraq nümayəndə heyəti Kırşehir, Nevşehir və Kapadokyanın tarixi yerləri ilə
tanış olacaq, yerli universitetlərdə görüşlər keçirəcək.
Nümayəndə heyətinin Media Qrupu tərəfindən görüşlər haqqında məlumat ictimaiyyətə
çatdırılacaq.

Bənzər yazılar