Dərc olunub: 26.01.2023

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici Dil Texnologiyaları İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Əfqan Abdullayev Yaponiyada keçirilən “Elmi irəliləyişlər və innovativ yanaşmalar” (Scientific advances and innovative approaches) adlı II beynəlxalq elmi konfransda iştirak edib.

Mektebgushesi.az xəbər verir ki, AzTU-nun professoru konfransda “Koqnitiv dilçilik olduğu kimi” (Cognitive linguistics as it is) mövzusunda məruzə ilə çıxış edib.

Onun məruzəsi konfransın münsiflər heyəti tərəfindən sertifikata layiq görülüb.

Bənzər yazılar