Dərc olunub: 26.01.2023

Bakıda məktəb müəllimi vəfat edib. 284 saylı tam orta məktəbin müəllimi Ağayeva İndira Aydəmir qızı bu gün dünyasını dəyişib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

1971-ci il təvəllüdlü müəllimin ölüm səbəbinin xərçəng xəstəliyi olduğu bildirilir.

Qeyd edək ki, Ağayeva İndira sözügedən təhsil ocağında Kimya fənnini tədris edirdi.

 

Bənzər yazılar