Dərc olunub: 26.01.2023

 

Gənclər və İdman nazirliyinin Kırşehir rayon rəhbərliyi “Türkiyə-Azərbaycan gənclərinin mübadilə” proqramı çərçivəsində Xəzər Universitetinin nümayəndə heyətini qəbul etdi.

Gənclər və İdman nazirliyi Kırşehir İl müdürü Numan Nafiz Şahin qonaqları salamlayaraq, Kırşehirdə görüşməsindən məmnun olduğunu bildirdi. Proqramda aktiv iştiraklarına görə tələbələrə dərin təşəkkürünü bildirdi.

Nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyli Gənclər və İdman nazirliyi Kırşehir İl müdürü Numan Nafiz Şahinə və onun rəhbərlik etdiyi bütün kollektivinə göstərdikləri qonaqpərvərlikdən dolayı təşəkkür etdi və Xəzər Universitetinin Şuşa plaketini və Azərbaycanın Milli Brendi olan Azərçayın hədiyyəsini Numan Nafiz Şahinə, şöbə müdiri Aslan Uçara və layihənin rəhbəri Hakan Avşara təqdim etdi.

Gənclər və İdman nazirliyi Kırşehir İl müdürü Numan Nafiz Şahin qardaşlıq əlaməti olaraq, Türkiyə dövlətinin kətan üzərində işlənmiş bayrağını nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyliyə və göstərdiyi yüksək təşkilatçılığından dolayı nümayəndə heyətinin koordinatoru Fatimə xanım Vəliyevaya Ahi Evran-Veli plaketini təqdim etdi.

Layihə çərçivəsində iştirak edən Xəzər Universitetinin tələbələri proqramdan və bütün Ankara-Kırşehirdə keçirilən bütün rəsmi görüşlərdən məmnun qaldıqlarını və onlara göstərilən hər cür qayğı və sevgiyə görə Gənclər və İdman nazirliyinə və şəxsən Kırşehir İl müdürü Numan Nafiz Şahinə dərin təşəkkürlərini bildirdilər. Nümayəndə heyətinin üzvləri Gənclər və İdman nazirliyinin “Gənc Studio” radio mərkəzinin əməkdaşları ilə tanış oldular və xatirə şəkilləri çəkildi.

 

Bənzər yazılar