Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Qarabağı tanıt” təqdimat müsabiqəsi və “Hekayəni paylaş” videotəqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bu barədə  BŞTİ-dən məlumat verilib. Bildirilib ki, hər iki müsabiqə üzrə qalibləri təbrik edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva tədris ili ərzində istedadlı şagirdlərin seçilib müəyyənləşdirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir çox layihə və müsabiqələrin həyata keçirildiyini söyləyib. Bildirib ki, “Qarabağı tanıt”, “Hekayəni paylaş” kimi müsabiqələr məktəblilər arasında sağlam rəqabət mühiti yaradır, şagirdlərin istedad və bacarıqlarını üzə çıxarmağa kömək edir.

Daha sonra hər iki müsabiqə üzrə I, II və III yerin sahiblərinə diplomlar təqdim olunub, həvəsləndirici yerlərə layiq görülən məktəblilər tərifnamə, digərləri isə müxtəlif nominasiyalar üzrə təşəkkürnamələrlə təltif ediliblər.

Bənzər yazılar