Təsərrüfat işləri üzrə direktor müavini məktəbin əsas funksional idarəedicilərdən biri olaraq, məktəbin təsərrüfat həyatını idarə edir, maliyyə – təsərrüfat sənədlərinə, məktəbin maddi bazasının qorunmasına görə məsuliyyət daşıyır. Məktəbin digər idarəediciləri və işçilərində olduğu kimi təsərrüfat işləri üzrə direktor müavinində fəaliyyətini qurmaq üçün hüquqi – normativ sənədlər çox azdır.

1997 – ci ildə qəbul ediliş TİQVVTSK – nənda Təsərrüfat işləri üzrə direktor müavininin əmək funksiyaları haqqında yazılıb:

Məktəbin təsərrüfat işlərinə rəhbərlik edir.

    Təsərrüfat inventarlarının qorunub saxlanılmasını, məktəb binasının, kabinetlərinin və sinif otaqlarının, həyətinin təmiz saxlanılmasını təmin edir.

    Kabinetlərdə və sinif otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyena vəziyyətini və qayda-qanunu təmin edir.

    Məktəb binasının vaxtında təmir olunmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını təmin edir.

Bilməlidir:

    Təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilini;

    xidmətçi heyətin əməyinin mexanikləşdirilməsi vasitələrini;

    binanın istismar olunması qaydalarını, əməyin elmi təşkilinin əsaslarını;

    daxili əmək intizamı qaydalarını; əmək qanunçuluğunun əsaslarını;

    əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından müdafiə qayda və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali və ya orta ixtisas təhsilli; 3 ildən yuxarı əmək stajı olan; direktorun vəzifə maaşından 20 faiz aşağı vəzifə maaşı müəyyənləşdirilir.“.

Bu təlimdə göründüyü kimi məktəbin əsas idarəedicilərinin əmək funksiyası cəmi 3 cümlə ilə izah edilir. Məktəbin maliyyə təsərrüfat işini təşkil edən,onu həyata keçirən təsərrüfat işləri üzrə direktor müavini məktəbdə əsas aparıcı vəzifə daşımadığından onun hüquq və vəzifələri,məsuliyyəti dəqiq göstərilməlidir.Vəziyyəti nəzərə alaraq aşağıdakı layihəni hazırladıq:

Təsərrüfat işləri üzrə direktor müavininin Vəzifə Təlimatı

( Layihə )

1.    Ümumi müddəalar

1.1.    Təsərrüfat işləri üzrə direktor müavini məktəbin rəhbər şəxslərindən biridir.

1.2.    Təsərrüfat işləri üzrə direktor müavininin, növbəti əmək məzuniyyətləri zamanı texniki heyətin hər hansı bir üzvü məktəb direktorunun əmrinə əsasən əvəz edə bilər.

1.3.    Təsərrüfat işləri üzrə direktor müavini inzibati – təsərrüfat işlərində ən azı 3 il iş stajı olmalıdır.

1.4.    Təsərrüfat işləri üzrə direktor müavini məktəb direktorunun əmri ilə vəzifəyə təyin edilir, işdən azad edilir.

1.5.    Təsərrüfat işləri üzrə direktor müavini birbaşa məktəb direktoruna tabedir.

1.6.    Məktəbin texniki heyyəti və tədris köməkçi heyyəti Təsərrüfat işləri üzrə direktor müavininə tabedirlər.

1.7.    Təsərrüfat işləri üzrə direktor müavini öz fəaliyyətində AR Konstitutsiyasını, mövcud qanunvericilikdən irəli gələn sərəncam, əmr, təlimatları, məktəb direktorunun vəzifə səlahiyyətləri çərçivəsində göstəriş və  tapşırıqlarını əsas götürür.

1.8.    Həftəlik 40 saaatlıq iş rejimi ilə işləyir.

2.    Təsərrüfat işləri üzrə direktor müavininin fəaliyyət funksiyaları

2.1.    Təsərrüfat işləri üzrə direktor müavininin fəaliyyəti

    Məktəbin maddi – texniki bazasına, rəhbərlik etmək və onu qorumaq;

    Maddi – texniki bazanı zənginləşdirmək, yeni inveratarların alınması üçün təqdimatlar hazırlamaq;

    İstifadə müddəti bitmiş, yararsız vəziyyətdə olan invertarların silinərək, məktəbin maddi – texniki bazasının siyahısından çıxardılmasını təmin etmək;

    Əməyin mühafizəsi ilə bağlı normalarını həyata keçirilməsini təmin etmək;

    Texniki təhlükəsizlik normalarına əməl etmək;

    Yanğından mühafizə qaydalarına əməl etmək;

    Sanitar – gigiyenik normalarına əməl edilməsini təmin edir;

    Məktəbin su, işıq, istilik təminatına nəzarət edir;

    Fərdi istilik sisfteminə malik məktəblərdə yay mövsümündə qazanxananın avadanlığının saz vəziyyətdə qalmasını təmin edir;

3.    Təsərrüfat işləri üzrə direktor müavininin vəzifə öhdəlikləri

3.1.    Texniki  – fəaliyyətini, məktəbin təsərrüfat heyətinin işini analiz edir;

3.2.    Texniki heyyətin və məktəbin maddi təchizatının planını hazırlayır;

3.3.    Məktəbin maddi – texniki bazasını, sistemli olaraq nəzarət edir;

3.4.    Məktəbin qənaətbəş səviyyədə səaliqə – səhmanına və sanitar – gigiyenik normalara əməl edilməsinə nəzarət edir;

3.5.    Məktəb invertarlarının qorunmasını təmin edir;

3.6.    İstifadə müddəti bitmiş və ya yararsız hala düzmüş ivertarların silinərək məktəbin invertar siyahısından çıxarılmasını təmin edir;

3.7.    Yeni tədris vasitələrinin, invertarların alınması üçün təqdimatların erilməsini, məktəb direktoru qarşısında məsələ qaldırılmasını təşkil edir;

3.8.    Təmiri mümkün olan invertarların təmir edilməsini təşkil edir;

4.    Təsərrüfat işləri üzrə direktor müavininin hüquqları

4.1.    Məktəbin bütün tədbirlərində iştirak etmək;

4.2.    Pedaqoji şurada və digər iclaslarda iştirak etmək;

4.3.    Vəzifə səlahiyyətləri çərçivəsində ona tabe olan işçilərə tapşırıq və göstərişlər vermək;

4.4.    Hərəkətsizliklər və birbaş vəzifə borclarını yerinə yetirmələrinə görə;

4.5.    Məktəb invertarlarının sıradan çıxarılmasına, sanitar – gigiyenik normaların pozulmasına gətirib çıxaran hallara görə müəllim, sinif rəhbərləri, tədris işləri üzrə müavinləri, digər işçi və idarəedicilərin intizam tənbehinə cəlb edilməsinə görə məktəb direktoru qarşısında təqdimatla çıxış etmək;

4.6.    Texiki heyyətə yeni işçilər işə götürülərkən müsahibədə iştirak etmək, fikrini bildirmək;

4.7.    Peşə fəaliyyəti ilə bağlı biliklərini artırmaq, müxtəlif təlim, seminar və konfranslarda iştirak etmək;

5.    Təsərrüfat işləri üzrə direktor müavini məsuliyyət daşıyır

5.1.    Məktəb nizamnaməsinə və bu təlimata görə vəzifə səlahiyyətlərini yerinə yetirməyə görə;

5.2.    Məktəbin daxili nizam – intizam qaydalarına, etik davranış qaydalarına əməl etməyə görə;

5.3.    Məktəbin maddi – texniki bazasını məktəb invertarlarını, dövlət əmlakını qorumağa görə;

5.4.    Onunla bağlanmış əmək müqaviləsinin və əmək qanunvericiliyindən irəli gələn müddəaları yerinə yetirməyə görə;

5.5.    Yanğından mühafizə qaydalarının məktəb kollektivi tərəfindən yerinə yetirilməsinə görə;

5.6.    Əməyin mühafizəsi qaydalarının məktəb kollektivi tərəfindən yerinə yetirilməsinə görə;

5.7.    Sanitar – gigiyenik qaydalarının məktəb kollektivi tərəfindən yerinə yetirilməsinə görə;

5.8.    Texniki təhlükəsizlik qaydalarının məktəb kollektivi tərəfindən yerinə yetirilməsinə görə;

5.9.    Məktəb kollektivinin məktəbə vurduğu maddi ziyana görə;

6.    Təsərrüfat işləri üzrə direktor müavini əməkdaşlıq edir

6.1.    40 saatlıq iş həftəsi qrafiki ilə işləyir;

6.2.    Məktəb direktorunun rəhbərliyi ilə illik, yarımillik, aylıq fəaliyyət planını hazırlayır;

6.3.    Rəhbərlik etdiyi sahəyə aid olan hüquqi – normativ sənədlərlə tanış olur, direktordan məlumatlar alır;

6.4.    Rəhbərlik etdiyi sahə ilə bağlı məktəb direktoruna sistemli məlumatlar verir;

Bənzər yazılar