Zaqatalada orta məktəbə direktor təyinatından sonra başlayan etirazlara Şəki-Zaqatala Təhsil İdarəsi cavab verib. 

Zaqatala rayon Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin direktoru Məhnurə İsmayılova 17 fevral 2023-cü il tarixində Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.

Bununla bağlı olaraq 20 fevral 2023-cü il tarixdə Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəyyən narazılıqlar yaranıb.

Şəki-Zaqatala Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək:

“Məsələ araşdırılır. Məlumat veriləcək”.

Qeyd edək ki, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin əvvəlki direktoru çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilir. Bu təyinata qədər Məhnurə İsmayılova Zaqatala şəhər şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd tam orta məktəbində direktor işləyib.

Bənzər yazılar