Astaranın Ərçivan qəsəbəsinin 3 nömrəli məktəbin müəllim və şagirdləri təhsil müəssisələri, təhsilalanlar üçün nümunə sayılacaq işlərə imza atıblar.  Onlar xüsusi layihə çərçivəsində model peyklərin layihələndirilməsi və qurulması üzrə bilik və bacarıqlar qazanmaqla yanaşı, bunu tətbiq də ediblər:

“Layihə nəticəsində respublikamızın peyk istehsal potensialının yaradılmasına töhfə veriləcək”

Astara”SAT” – Kənd şagirdləri üçün model peyklərin layihələndirilməsi və qurulması üzrə təlimlərin təşkili layihəsinin PR meneceri Elnur Quliyev Moderator.az-a açıqlamasında layihənin verdiyi töhfələrdən söz açdı:

“Layihənin məqsədi Azərbaycan Respublikasının  kosmik sənayesinin inkişaf etdirəcək yerli mütəxəssislərin ümumitəhsil müəsisələrində hazırlığına dəstək vermək, kənd şagirdlərinə model peyklərin layihələndirilməsi və qurulması üzrə bilik və bacarıqlar qazandırmaqdır.

Layihənin vəzifələrinə şagirdlərə layihələndirmə və planlı işləmə bacarıqlarının öyrədilməsi, 6-10-cu sinif şagirdlərinə elektronika, mexanika, avtomatika sahələrində nəzəri və praktiki bacarıqların öyrədilməsi, komanda ilə işləmə bacarıqların öyrədilməsi, şagirdlərə model peykin idarəetmə sistemlərində istifadə olunan elektronik modulların iş prinsiplərini öyrədilməsi, şagirdlərə mikrokontrollerə yazılmış C++ proqramlaşdırılma dilində olan alqoritm vasitəsilə elektronik modulların idarə edilməsinin tədrisi aiddir.

Layihə nəticəsində respublikamızın peyk istehsal potensialının yaradılmasına töhfə veriləcək, şagirdlərin  kosmik texnologiyalar sahəsinə marağının artrılması və gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmələri üçün təməl biliklərin yaradılmasına nail olunacaq.

Layihə Astara rayon Ərcivan qəsəbəsi   3 nömrəli məktəbin direktoru Aygün Həmidova TƏRƏFİNFƏN  15 sentyabr 2022-ci il tarixindən 15 fevral 2023-ci il tarixinədək olan müddətdə icra olunub.

Layihənin bağlanış tədbirində Astara Rayon Təhsil Sektorunun rəhbəri Ülviyyə Əliyeva və təhsil sektorunun digər əməkdaşları, Astara şəhər 1saylı, Astara şəhər 5 saylı, Ərçivan qəsəbə 1, 2 və 4 saylı məktəblərinin direktorları və təhsil ictimaiyyəti iştirak ediblər. Tədbir iştirakçılarına layihə haqqında bir daha ətraflı məlumat verilib. Layihədə iştirak edən şagirdlərə sertifikatlar təqdim edilib. Sonda, şagirdlərin hazırladıqları mobil peyk səmaya qaldırıldıqdan sonra yerə eniş edib. Mobil peykin fəaliyyəti uğurlu alınıb”.

   

Bənzər yazılar