Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə…” layihəsinin növbəti görüşü martın 15-də paytaxtdakı 263 nömrəli tam orta məktəbdə keçiriləcək.

İdarədən Mektebgushesi.az -a bildirilib ki, layihənin budəfəki qonağı televiziya tənqidçisi, siyasi icmalçı, Əməkdar jurnalist Qulu Məhərrəmli olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Bənzər yazılar