Dərc olunub: 12.04.2023

 

Azərbaycan Texniki Universitetində (AzTU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan X Spartakiadanın yarışları davam edir.

AzTU-dan Mektebgushesi.az -a bildirilib ki, spartakiadada müəllim, tələbə və əməkdaşlardan ibarət 16 komanda mübarizə aparır. Basketbol, voleybol, futzal, sərbəst güləş, stolüstü tennis və şahmat idman növü üzrə keçirilən spartakiada mayın 5-də yekunlaşacaq.

Bənzər yazılar