Dərc olunub: 12.04.2023

 

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Tarix müəllimliyi ixtisasının IV kurs tələbələri Fatimə Şirinova və Azər Həndəmov  “MDB-nin ən yaxşı tələbəsi” adına layiq görülüblər. Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində keçirilən  “Ən yaxşı tələbə – 2023” beynəlxalq layihəsində tələbələr öz elmi məqalələrini və sosial fəaliyyətlərini əhatə edən avtobioqrafiyaları ilə iştirak ediblər.

Qeyd edək ki, “Ən yaxşı tələbə – 2023”  beynəlxalq layihəsinə MDB məkanında elmin inkişafına töhfə vermiş ən yaxşı tələbələr qatılıblar. Bu layihənin əsas məqsədi gənc alimlərin ideyalarını, əhəmiyyətli və innovativ layihələrini, elmə maraqlarını müəyyən etmək, həmçinin elmin inkişafı üçün ümumi birləşdirici platforma yaratmaqdır.

Bənzər yazılar