Dərc olunub: 13.04.2023

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Mektebgushesi.az xəbər verir ki, sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və UTECA-nın rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov imzalayıblar.

Memorandumda müəllim, doktorant və dissertantların, magistr və bakalavr tələbələrinin akademik, eləcə də qabaqcıl tədris metodlarının tətbiqi və inkişaf etdirilməsi üzrə təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin (proqramların) işlənib hazırlanması və həyata keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı ixtisasartırmasının təşkili, aktual istiqamətlər üzrə birgə elmi-tədqiqatların aparılması, təhsil-innovativ (elmi) konsorsiumların təşkili kimi bir sıra bəndlər öz əksini tapır.

Bənzər yazılar