Bu ilin sentyabrından bütün ümumtəhsil müəssisələrində şagird davranış qaydalarının tətbiqinə başlanılacaq.

Mektebgushesi.az  xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu il fevralın 1-dən 300-ə yaxın məktəbdə yeni şagird davranış qaydaları pilot layihəsinin icrasına başlanılıb və ilkin nəticələr müsbətdir: “Bu ayın əvvəlindən artıq layihənin ilkin nəticələri ilə bağlı monitorinqlər başlayıb. Bəzi məktəblər pilot layihənin tələblərini düzgün icra edə bilmir. Bu da normaldır, çünki layihə pilot şəklində yenidir. Yekunda əldə olunan bütün məlumatlar təhlil olunacaq. Yeni tədris ilindən isə bütün məktəblər öz qaydalarını tətbiq edə biləcəklər”.

Bənzər yazılar