Uçub dağılmaqda olan tavan, yararsız halda olan döşəmə, odun sobası ilə qızdırılan sinif otaqları və digər problemlər. Bura Lənkəranın Göyşaban kəndində yerləşən Molla Fəttah Səhban adına tam orta məktəbdir.

Bəli doğru xatırlayırsınız. Bu məktəbin vəziyyəti ilə bağlı ötən il də bənzər ifadələrlə dolu bir sujet hazırlamışıq. Budəfəki gəlişimizin səbəbi istifadə olunan dərs otaqlarının sayının günü-gündən azalmasıdır. Əgər ötən il məktəbdə olan 18 otaqdan 13-də dərs aparmaq mümkün idisə, indi sinif otaqlarından 2-si də artıq sıradan çıxıb. Müəllimlər də valideynlər də həm uşaqların sağlamlığı, həm də dərsin keyfiyyəti üçün narahatdır. Şagird çox, yerlər az, otaqların da sayı azalır.

3 korpusdan ibarət olan məktəb binası 1960-ci ildə istifadəyə verilib. 298 nəfər şagirdin təhsil aldığı məktəb 225 yerlikdir. vəziyyəti də göz qabağında.

Qəzalı məktəblə bağlı Lənkəran Təhsil sektorundan münasibət öyrəndik. Bildirildi ki, Göyşaban kənd tam orta məktəbi üçün yeni binanın tikilməsi nəzərdə tutulub.

Sektor müdiri onu da bildirdi ki, hal – hazırda Lənkəranda 86 məktəb fəaliyyət göstərir.

Bu 86 məktəbdən 16-nın əsaslı təmirə, 14 – ün yeni tikintiyə ehtiyacı var.

İlkin Rzayev

Rövşən Almazoğlu

 

Bənzər yazılar